Gəncə sakini xalasını döyərək öldürüb

Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib.

Oxu.Az-a istinadən, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınlarına məlumat verilib.

Polis əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib.