Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarla cərimədən azad edilmə ilə cərimənin ümumiyyətlə qanunsuz tətbiq olunması fərqli hüquqi anlayışlardır. Bu baxımdan, vətəndaşların hansı hallarda cərimə oluna bilməyəcəyini və əsassız qərarlardan necə şikayət edə biləcəyini bilməsi vacibdir.Bəs, Azərbaycan qanunvericiliyinə əsasən, hansı şəxslər və hansı hallarda inzibati cərimədən azad edilə bilər? Yaş, sosial vəziyyət və digər hüquqi statuslar inzibati məsuliyyətə necə təsir göstərir və vətəndaş əsassız cərimə ilə üzləşdikdə qərardan hansı qaydada şikayət edə bilər?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, inzibati cərimənin kimlərə və hansı hallarda tətbiq edilə bilməməsi məsələsi ilk növbədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir."Bu sahədə əsas prinsip ondan ibarətdir ki, hər bir şəxs yalnız qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda inzibati məsuliyyətə cəlb edilə bilər. Eyni zamanda, qanunvericilik müəyyən şəxslər və hallar üçün xüsusi hüquqi təminatlar və məsuliyyətdən azadolma mexanizmləri nəzərdə tutur. İlk növbədə qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinə əsasən, inzibati xəta törədərkən 16 yaşına çatmamş şəxslər inzibati məsuliyyətə cəlb edilə bilməzlər. Bununla yanaşı, 16 yaşından 18 yaşınadək olan şəxslər barəsində də xüsusi hüquqi qaydalar mövcuddur. Belə ki, ilk dəfə inzibati xəta törətmiş yetkinlik yaşına çatmayan şəxslər qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində inzibati məsuliyyətdən azad edilə bilərlər. Bu zaman onların psixi inkişaf səviyyəsi, həyat şəraiti, səhhəti, təhsili və digər fərdi xüsusiyyətləri nəzərə alınır. Lakin bu azadolma avtomatik xarakter daşımır və qanunda göstərilən istisnalar da mövcuddur".Ekspert bildirib ki, digər mühüm hal şəxsin anlaqsız vəziyyətdə olmasıdır:"İnzibati Xətalar Məcəlləsinin 15-ci madəsinə əsasən, şəxs inzibati xəta hesab edilən əməli törətdiyi zaman psixi xəstəlik və ya digər psixi pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmayıbsa, inzibati məsuliyyət daşımır. Burada xüsusi olaraq vurğulanmalıdır ki, şəxsin əlilliyinin olması öz-özlüyündə onu inzibati məsuliyyətdən azad etmir. Əsas meyar konkret əməl törədilən zaman şəxsin psixi vəziyyətidir. Qanunvericilikdə hərbi qulluqçular və xüsusi hüquqi toxunulmazlıq statusuna malik şəxslərlə bağlı da müəyyən istisnalar nəzərdə tutulur. Hərbi qulluqçuların bəzi inzibati xətalarına görə intizam məsuliyyəti tətbiq oluna bilər və onlara münasibətdə ümumi qaydalardan fərqli hüquqi mexanizmlər mövcuddur. Eyni zamanda, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə əsasən toxunulmazlıq hüququ olan bəzi şəxslər barəsində xüsusi prosedurlar tətbiq edilir".Vəkil qeyd edib ki, vətəndaşların sosial vəziyyətinə gəldikdə isə, pensiyaçı olmaq, işsiz qalmaq, aztəminatlı ailənin üzvü olmaq, çoxuşaqlı ailədə yaşamaq və ya əlilliyə malik olmaq ümumi qaydada inzibati cərimədən avtomatik azad edilmək üçün əsas hesab edilmir:"Başqa sözlə, şəxsin maddi vəziyyətinin ağır olması onun inzibati məsuliyyətini öz-özlüyündə aradan qaldırmır. Bununla belə, konkret inzibati xəta üzrə xüsusi qanunvericilikdə güzəşt və ya azadolma nəzərdə tutulubsa, həmin hüquqi təminat tətbiq edilməlidir. Bu baxımdan, hər bir məsələ şəxsin sosial statusundan daha çox, konkret hüquq pozuntusunun xarakteri və qanunvericilikdə müəyyən edilmiş şərtlər əsasında qiymətləndirilməlidir. Burada mühüm hüquqi fərq ondan ibarətdir ki, inzibati cərimədən azad edilmə ilə cərimənin qanunsuz tətbiq edilməsi eyni anlayışlar deyil. Cərimədən azad edilmə o deməkdir ki, müəyyən inzibati xəta baş vermiş olsa da, qanun konkret şəxsə və ya vəziyyətə görə onu inzibati məsuliyyətdən azad etməyə imkan verir. Cərimənin qanunsuz tətbiqi isə tamam başqa məsələdir. Belə ki, əgər şəxs inzibati xəta törətməyibsə, onun təqsiri sübuta yetirilməyibsə, hadisə ilə həmin şəxs arasında hüquqi əlaqə yoxdursa, qərar səlahiyyətsiz orqan tərəfindən qəbul edilibsə və ya qanunla müəyyən edilmiş prosedur pozulubsa, bu halda cərimənin özü qanunsuz hesab oluna bilər".Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 19-cu və 20-ci maddələrində nəzərdə tutulan zəruri müdafiə və son zərurət halları da xüsusi əhəmiyyət daşıyır:"Belə vəziyyətlərdə şəxsin hərəkətləri zahirən inzibati xəta əlamətləri daşısa da, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda həmin hərəkətlərə görə inzibati məsuliyyət yaranmaya bilər. Həmçinin qanunvericiliyə əsasən, inzibati məsuliyyəti aradan qaldıran və ya şəxsin vəziyyətini yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi də müəyyən hallarda mümkündür. Vətəndaş əsassız və ya qanunsuz cərimə ilə üzləşdikdə öz hüquqlarını müdafiə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş şikayət mexanizmlərindən istifadə edə bilər. İlk növbədə, cərimə qərarı diqqətlə araşdırılmalı, qərarın hansı maddəyə əsaslandığı, hadisənin tarixi və yeri, qərarı qəbul edən orqanın səlahiyyəti və mövcud sübutlar yoxlanılmalıdır. Əgər qərarla razılaşmaq üçün əsas yoxdursa, vətəndaş foto və video görüntülərini, şahid ifadələrini, ödəniş sənədlərini, tibbi arayışları və digər sübutları toplayaraq şikayət verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət, ümumi qayda olaraq, qərarın surətinin rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Şikayət müvafiq hallarda yuxarı səlahiyyətli orqana, vəzifəli şəxsə və ya məhkəməyə təqdim edilə bilər. Şikayətdə qərarın hansı səbəbdən qanunsuz və ya əsassız hesab edildiyi, hansı hüquq normalarının pozulduğu və bunu təsdiq edən sübutlar aydın şəkildə göstərilməlidir. Əgər şikayət müddəti üzrlü səbəbdən ötürülübsə, onun bərpası məsələsi də qanunvericiliyə uyğun qaydada qaldırıla bilər. Bununla yanaşı, şikayətin verilməsinin cərimənin icrasını bütün hallarda avtomatik dayandırmadığını da nəzərə almaq lazımdır"."Beləliklə, Azərbaycan qanunvericiliyində inzibati cərimədən azad edilmə məsələsi şəxsin yaşı, psixi vəziyyəti, xüsusi hüquqi statusu və konkret hüquq pozuntusunun xarakteri ilə əlaqələndirilir. Sosial vəziyyət, pensiyaçı olmaq, işsizlik və ya aztəminatlılıq isə ümumi qaydada cərimədən azad edilmək üçün müstəqil hüquqi əsas hesab edilmir. Əsas prinsip ondan ibarətdir ki, heç bir şəxs qanuni əsas olmadan, təqsiri müəyyən edilmədən və qanunla nəzərdə tutulmuş prosedurlara əməl edilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Vətəndaşın əsassız cərimə ilə üzləşdiyi halda isə onun qərardan şikayət etmək, sübutlar təqdim etmək, qərarın ləğvini və iş üzrə icraata xitam verilməsini tələb etmək hüququ vardır" - ekspert əlavə edib.
Bu gün
4288 xəbər bu gün
Avstraliyalı həkimlər tatu ilə əlaqəli ciddi göz xəstəliyinin onlarla halını qeydə alıblar. Bəzi hallarda bu xəstəlik görmə qabiliyyətinin qismən və ya tamamilə itirilməsinə səbəb olub. Araşdırma tatu ilə əlaqəli uveit…
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti…
Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı Devid Qarrettin "Millennium Symphony - Crossover Programme" adlı simfonik şousu keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə…
UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti oyunları keçirilib. Türkiyənin “Fənərbağça” klubu doğma meydanda İngiltərə təmsilçisi “Liverpul”la qarşılaşıb. Görüş İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə…
Иранский народ нанёс Президенту США Дональду Трампу крупное поражение. Как передает Day.Az, об этом секретарь Высшего совета национальной безопасности Ирана Мохсен Резаи написал в своём аккаунте в X.
4 ноября на заседании комитета Милли Меджлиса по экономической политике, промышленности и предпринимательству был обсужден проект закона "О государственном бюджете Азербайджанской Республики на 2027 год".
Noyabrın 12-17-də Mars, Yupiter və Ayın enən düyünü Şir bürcündə birləşərək Əqrəb bürcündə Günəşə gərgin bir aspekt yaradır.Mars münaqişəni, qətiyyətli hərəkəti və təcavüzü təmsil edir. Yupiter toxunduğu hər şeyi…
Türkiyəli xalq musiqisi ifaçısı Tuğrul Şan üçüncü dəfə evlənib.Oxu24.com xəbər verir ki, 78 yaşlı sənətçi ilə Canan Erdaş adlı xanımla nikah masasına əyləşib. Mərasimində ailə üzvləri və yaxınları iştirak ediblər.Qeyd…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb. Bu barədə ABŞ hökumətinin Federal Reyestrində yayılan məlumatda bildirilib.Sanksiyaların müddətinin uzadılmasına səbəb kimi ABŞ ilə İran arasında…
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti…
ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına Hindistanda yerləşən gəmiçilik şəbəkəsini əlavə edib ki, bu şəbəkə İrana neft daşımaqla sanksiyalardan yayınmağa kömək edir. ABŞ Maliyyə Nazirliyi verdiyi açıqlamada bildirib ki…
Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb. “Bizim.Media”ya istinadən, yayılan kadrlarda xəstəxanada müalicə alan şəxslərin həssas vəziyyətinin əks…
Bakının Nizami rayonunda yerləşən İsmayıl Məmmədov küçəsi 7 ünvanında yaşayan sakinlər məhəllədəki acınacaqlı vəziyyətdən narazıdırlar.
Ergenekon işi çərçivəsində həbs olunduğu müddətdə Silivri həbsxanasında vəfat edən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı məhkəmə-tibbi ekspertiza rəyi hazırlanaraq…
Rusiyanın Əməkdar artisti, tanınmış teatr və kino aktrisası Yekaterina Raykina 88 yaşında vəfat edib. Aktrisa noyabrın 3-də uzun sürən xəstəlikdən sonra xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Yekaterina Raykina…
Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. News24.az-ın əldə etdiyi məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət…
ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən aralıq seçkilərdə respublikaçıların məğlubiyyətində İrana qarşı hərbi əməliyyatın və bunun ardınca yanacağın bahalaşmasının əsas rol oynadığını etiraf edib. Yenicag.az xarici…
"İranla müharibə istədiyim zaman bitəcək, amma bu, düzgün şəkildə edilməlidir". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni ziyafət zalının qarşısında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Neftçilər prospektində yerləşən avtobus zolağının işləmə qrafikində dəyişiklik edilib.
Lənkəranda kişi meyiti tapılıb. Rayonun Ürgə kəndi ərazisində 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti aşkarlanıb. Belə ki, ilkin məlumata görə, rayon sakini olan R.Əliyev iki gün bundan əvvəl ov etmək…
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə olaraq 16 yaşlı pasiyent üzərində torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib. Müayinələrin…
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina edə biləcəyini istisna etməyib. Tramp bu barədə...
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. Medianews.az-a istinadən, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə...
Türkiyəli aktyor Burak Özçivitin rol aldığı “Güneşin Doğduğu Yer” serialının yeni bölümünün anonsu yayımlandıqdan sonra silinib. Türkiyə KİV-ə istinadən, serialda qadınlara qarşı...
"Dil bağı dilin alt hissəsini ağız dibinə birləşdirən toxuma pərdəsinin (frenulumun) qısa, qalın və ya gərgin olmasıdır. Bu vəziyyət tibbdə ankiloqlossiya adlanır. Dil bağı bəzi körpələrdə anadangəlmə olur. Lakin hər dil…
ABŞ Prezidenti
Bakı, 4 noyabr, AZƏRTAC Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qərbi Azərbaycanın tarixi abidələri…
Ukraynada
Aktrisa
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu çərçivəsində bu gün keçiriləcək "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) matçı üçün heyətlər açıqlanıb. Komandalar saat 00:00-da başlayacaq matça aşağıdakı tərkibdə…
Əməkdar artist Abbas Bağırov musiqi sahəsində etdiyi texniki yeniliklərdən söz açıb. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, bir sıra yenilikləri Azərbaycanda ilk dəfə özünün tətbiq etdiyini bildirib…
ABŞ İrana məxsus kölgə donanmasının gəmilərini saxta qeydiyyat sənədləri ilə təmin edən şəbəkəyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib. Məlumata görə, sanksiyalar…
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Oxu.Az-a istinadən, müvafiq əmrlə Şaiq Şükürov xəstəxananın direktoru vəzifəsinə təyin olunub. Ş.Şükürov bu təyinatadək Füzuli Rayon Mərkəzi Xəstəxanasında…
İsrail Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib. Yekun nəticələrə əsasən, 120 yerlik parlamentdə deputat mandatlarının partiyalar və siyasi bloklar…
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda qarşılaşacaq "Vikinq" (Norveç) və "Sabah" komandalarının start heyətləri açıqlanıb. Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar. "Vikinq": Aril Öystbyo…
Первый вице-президент Азербайджана Мехрибан Алиева вместе с членами семьи посетила концерт всемирно известного скрипача Дэвида Гарретта, который представил в Баку симфоническое шоу Millennium Symphony. Концерт...
Həkimlərin əsassız dərman və müayinə təyinatları: pasiyent hüquqları və hüquqi məsuliyyət barədə hüquqşünas Ellada Bayramovanın şərhi.Səhiyyə sahəsində narahatlıq doğuran məsələlərdən biri bəzi həkimlərin tibbi zərurət…
Hüquqşünas Ellada Bayramovanın şərhi:Süni intellekt artıq yalnız məlumat axtaran və ya mətn hazırlayan texnologiya deyil. O, getdikcə insanların həyatına birbaşa təsir edən qərarların qəbulunda iştirak edir. Bank kredit…
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb.Oxu24.com-un Şərqi Avropa bürosunun məlumatına görə, səfər çərçivəsində baş tutacaq Azərbaycan-Ukrayna…
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı tam orta məktəbin qarşısında küçə itlərinin çoxalması sakinlərin narazılığına səbəb olub.
Masallı rayonunda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.
Sabah Şəki rayonunun Şorsu kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis tərəfindən təmin olunub. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, axtarışda olduğuna görə…
После того как самолет с Президентом Турецкой Республики Реджепом Тайипом Эрдоганом, возвращавшимся после визита в Республику Корея, вошел в воздушное пространство Азербайджана, пилот воздушного судна связался с…