Goranboyda ölümlə nəticələnən qəza baş verib.
Hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.
“NİVA” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırdıb.
Qəza nəticəsində 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başlanılıb./teleqraf