Rusiya qüvvələri son 24 saat ərzində Ukraynanın enerji sisteminə 20-dən çox zərbə endirib.
Bu barədə Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK məlumat yayıb.
Şirkət Rusiya ordusunun son hücumunu Ukraynanın enerji infrastrukturuna qarşı həyata keçirilən ən genişmiqyaslı zərbələrdən biri kimi qiymətləndirib.
Bildirilib ki, Dnepropetrovsk vilayətində ciddi dağıntılar qeydə alınıb. Odessa və digər vilayətlərdə də enerji obyektləri hücuma məruz qalıb.
DTEK-in məlumatına görə, hazırda ən ağır vəziyyət Kiyevdədir.