Qubadlıda 95 milyon manatlıq tikinti layihəsi – Sifariş “Protean Construction”a verildi

Qubadlı rayonunun Xanlıq kəndində fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və mühəndis-kommunikasiya sistemlərinin tikintisi üçün iri həcmli dövlət satınalması elan edilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi bununla bağlı tender keçirir.

Satınalma Xanlıq kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin, çoxmənzilli binaların, eləcə də mühəndis-kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərini əhatə edir.

Tenderdə Protean Construction Açıq Səhmdar Cəmiyyəti qalib olmuşdur.

Xatırladaq ki, Protean Construction MMC Zəngilan rayonunda fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və mühəndis-kommunikasiya sistemlərinin tikintisi üçün iri həcmli dövlət satınalmasının da qalibi olmuşdur.

Tenderin ehtimal olunan qiyməti 94 milyon 807.714 manat təşkil edir.

Satınalma üzrə məsul şəxs Zaur İbrahimovdur.