Zəngilan rayonunda fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və mühəndis-kommunikasiya sistemlərinin tikintisi üçün iri həcmli dövlət satınalması elan edilib.
Satınalma Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən həyata keçirilir.
Tender Zəngilan rayonunun Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və mühəndis-kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınmasını nəzərdə tutur.
Tenderdə Protean Construction Açıq Səhmdar Cəmiyyəti qalib olmuşdur.
Xatırladaq ki, “Protean Construction” ASC 2025-ci ili 27.02 mln. manat xalis mənfəətlə başa vurmuşdur.
Satınalmanın ehtimal olunan qiyməti 90 milyon 924.427 manat təşkil edir.
Satınalma üzrə məsul şəxs Zaur İbrahimovdur .