Bərdədə qadın evində ölü tapıldı

Bərdə rayonunda evdən qadın meyiti aşkarlanıb.

Oxu.Az-a istinadən, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Meyitin 1981-ci il təvəllüdlü Ülkər Abdullayevaya məxsus olduğu müəyyən edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.