ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin Senatına 55 yer əldə edəcək.
Bu barədə "The New York Times" qəzeti hesablamalarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Respublikaçılar Partiyası Senatda 45 mandat qazanacaq.
Qəzetin hesablamalarına əsasən, Konqresin Nümayəndələr Palatasında isə demokratlar 254 yerlə çoxluğu təmin edəcək, respublikaçılar isə ən azı 172 mandat əldə edəcək.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Senatın və Nümayəndələr Palatasının üzvlərini seçirlər. Paralel olaraq 36 ştatda qubernator seçkiləri keçirilir.