Azərbaycanda I kurs tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin I kurs tələbəsi vəfat edib.

Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Beynəlxalq ticarət və logistika” ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib.

Allah rəhmət eləsin.