Xalq artisti Faiq Ağayev bayağı mahnılar ifa edən sənətçilərlə bağlı sərt fikirləri ilə diqqət çəkib.
Moderator.az bildirir ki, müğənni “Zarafat bir yana” proqramında qonaq olarkən bayağı mahnı ifaçıları ilə bağlı suala cavab verib.
O, həmin ifaçıları tualet kağızına bənzədərək belə deyib:
“Bayağı mahnılar haqda çox danışmışam. Marketdə ən çox satılan çörək və tualet kağızıdır. Heç kimin ağlına gəlmir ki, onları eyni səviyyəyə qoysun. Onlar danışan tualet kağızıdırlar”.
Faiq Ağayev proqramda təhsil sistemi ilə bağlı fikirlərini də bölüşüb. O, məktəblərdə tədrisin keyfiyyətini tənqid edərək problemin şagirdlərdə deyil, bəzi müəllimlərdə olduğunu bildirib.
“Çoxu hazırlıq keçsin deyə, bilikləri az verir. Problem şagirddə yox, müəllimdədir. Əgər sən bu dərsi məktəbdə keçirsənsə, hazırlığa nə ehtiyacın var?” – deyə Xalq artisti vurğulayıb.