Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin müxtəlif illərdə keçirilmiş toplantılarını əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar. Müşavirəni açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Böyük Qayıdış ədəbiyyatı” mövzusunda çıxış edib. Akademik bildirib ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan ədəbiyyatı əsasən Zəfər diskursu üzərində inkişaf edib. Otuz illik işğaldan sonra qazanılmış tarixi Qələbənin yaratdığı sevinc, qürur və milli ruhun ədəbiyyatda müxtəlif bədii formalarda əks olunması təbii prosesdir. İllər keçdikcə ədəbi yaradıcılıqda Zəfərin emosional tərənnümündən onun mahiyyətinin dərkinə və bədii-fəlsəfi dəyərləndirilməsinə doğru meyil güclənib. İsa Həbibbəyli qeyd edib ki, son illərdə Zəfər mövzusu ilə yanaşı, Böyük Qayıdış ideyası da Azərbaycan ədəbiyyatında aparıcı istiqamətlərdən birinə çevrilib. Bu mövzu yalnız Qarabağın yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını deyil, həm də milli yaddaşa, tarixi köklərə, soykökə və milli kimliyə dönüşü əhatə edir. Böyük Qayıdış ədəbiyyatı keçmişlə bu günün, tarixi yaddaşla müasir reallıqların üzvi əlaqəsini əks etdirən yeni ədəbi mərhələdir. Akademikin diqqətə çatdırıb ki, bu proses, ilk növbədə, poeziya və publisistikada, sonrakı mərhələdə isə nəsrdə və dramaturgiyada özünü göstərir. Müasir Azərbaycan poeziyasında Qarabağda quruculuq prosesləri, doğma yurdlara qayıdan insanların yaşantıları, xatirələri və yeni həyatın mənəvi-psixoloji məqamları bədii ifadəsini tapır. Nəsrdə isə Böyük Qayıdış daha geniş epik təsvirlər, insan taleləri və obrazlar vasitəsilə təqdim olunur. İsa Həbibbəyli 2025-ci ildə nəşr olunan bir sıra əsərlərin bu ədəbi istiqamətin formalaşmasında əhəmiyyətini vurğulayıb. İlham Tumasın “Məbəd döyüşləri”, Şəmil Sadiqin “Zəfər yolu”, Səxavət Məmmədin “Savaş və duman”, Əli bəy Azərinin “İki Zəngəzurlu zabit” romanlarını, Aqil Abbasın “Rəmiş” povestini Böyük Qayıdış ədəbiyyatının diqqətəlayiq nümunələri kimi dəyərləndirib. Qeyd edib ki, bu əsərlərdə müharibə, qəhrəmanlıq, milli yaddaş, doğma torpağa qayıdış və insan taleləri müxtəlif bədii yanaşmalarla əks olunur. O, Anarın “Qatardan qalan adam”, Şərif Ağayarın “Qayıdış”, Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayələrini də bu ədəbi prosesin mühüm nümunələri sırasında qeyd edib. Akademik Qərbi Azərbaycana qayıdış mövzusunun da Böyük Qayıdış ədəbiyyatının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Dramaturgiya sahəsində də yeni meyillərin müşahidə olunduğunu bildirən İsa Həbibbəyli Abdulla Qurbaninin “Məbəddə döyüş” və Cavad Zeynallının “Evimiz” pyeslərinin bu istiqamətdə əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan ədəbiyyatının bütün janrlarında Böyük Qayıdış mövzusunda yaddaqalan və əhəmiyyətli əsərlər yaradılır. Onun fikrincə, Böyük Qayıdış ədəbiyyatı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilk mərhələsinin yekunu, yeni tarixi dövrünün başlanğıcıdır. “Ədəbi proses – 2025” müşavirəsi isə bu yeni ədəbi mərhələnin elmi təqdimatı, nəzəri dərki və şərhi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə 2025-ci ilin poeziya və nəsr mənzərəsi, ədəbi tənqid və ədəbiyyatşünaslıq, dramaturgiya, ədəbi gənclik, bölgələrdə ədəbi həyat, Güney Azərbaycan ədəbiyyatı, publisistika, uşaq ədəbiyyatı, tərcümə, rusdilli və iraq-türkmən ədəbiyyatı, eləcə də sosial şəbəkə ədəbiyyatının aktual məsələlərinə həsr olunmuş məruzələr dinlənilib. Məruzələrdə hesabat ilində Azərbaycan ədəbiyyatının müxtəlif sahələrində baş verən proseslər, poeziya və nəsrdə mövzu və poetika axtarışları, dramaturgiyanın inkişaf meyilləri, ədəbi tənqid və ədəbiyyatşünaslığın aktual problemləri, gənc yazarların yaradıcılıq istiqamətləri, habelə tərcümə, uşaq ədəbiyyatı və sosial şəbəkələrin ədəbi mühitə təsiri təhlil olunub. Müşavirə müasir ədəbi prosesin inkişaf xüsusiyyətlərinin, 2025-ci ilin ədəbi mənzərəsinin əsas istiqamətlərinin və qarşıda duran aktual vəzifələrin elmi-yaradıcı müstəvidə müzakirəsi ilə davam edib. Müxbir - Tünzalə Arazlı
Bu gün
1850 xəbər bu gün
Bakı.Trend: “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı…
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək. "Anadolu" agentliyinin məlumatına görə, Türkiyə Prezidenti bu barədə Cənubi…
Növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, sığorta pensiya sistemində…
Azərbaycanda pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət…
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir…
2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət büdcəsindən asılılığı 17,2 % təşkil edəcək ki, bu da 2026-cı ilə nisbətən 2,8 faiz bəndi azdır. Bunu əmək və…
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin (TDTD) Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub. Həmçinin Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) Azərbaycanda əlaqə bürosunun…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə "NTV" məlumat yayıb. Məlumata görə, Türkiyə Prezidenti Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlama verib. "8 noyabrda Azərbaycanın Zəfər…
Xəzər regionunda akvakultura sahəsində əhəmiyyətli əməkdaşlıq bazası formalaşıb. Bunu Türkmənistanın Xəzər dənizi İnstitutunun müdiri Murad Atacanov I Akvakultura Forumu çərçivəsində panel müzakirələrində deyib. Onun…
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə təsis edilən Qlobal Cənub Gənclər Platformasında (GYSP) təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb. Bu barədə BTQ-dən məlumat verilib. Bildirilib ki, 40 ölkədən olan fəal…
Qazaxıstan və Gürcüstan transmilli cinayətkarlıq və internet dələduzluğu ilə mübarizə, cinayətkarların axtarışı və miqrasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir. "Report"un…
Ardıcıl iki ildə ümumilikdə 270 gündən, hər il isə 90 gündən artıq Azərbaycanda olan şəxslərin vergi rezidenti hesab edilməsi təklif olunur. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini…
Dövlət Sosial Müdafiə Fondu (DSMF) indiyədək 2,2 milyard manatlıq investisiya fəaliyyəti həyata keçirib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə…
Hazırda akvakultura sahəsi vəhşi təbii ehtiyatların mənimsənilməsindən onların məsuliyyətli şəkildə yetişdirilməsinə keçidin ən mühüm alətinə çevrilir və bu, Xəzər dənizi üçün də xüsusilə vacibdir. Bunu Türkmənistanın…
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət qarşısında olan öhdəlikləri tam həcmdə ödənilsəydi, sığortaolunan pensiyaçıların pensiyalarını orta hesabla 5 %-ə qədər artırmaq mümkün olardı. Bunu deputat Tahir Mirkişili…
Azərbaycanda mövsümi xarakterli işlərdə mülki-hüquqi müqavilələr üzrə elektron xidmət alış aktı mexanizminin tətbiqi təklif edilir. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb…
"Şəki" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Bu barədə bölgə təmsilçisi məlumat yayıb. Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb. Qeyd edək ki, Şəki basketbolunun…
Bakı, 5 noyabr, AZƏRTAC Kənd yerləri və kiçik yaşayış məntəqələri çox vaxt özünəməxsus problemlərlə üzləşirlər. Bunlara əhalinin azalması, dövlət xidmətlərinin əlçatanlığının məhdud olması, nəqliyyat çətinlikləri və…
Bakı, 5 noyabr, AZƏRTAC Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına…
Bakı, 5 noyabr, AZƏRTAC ABŞ-nin sutkalıq xam neft istehsalı artıb. AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft…
Bakı, 5 noyabr, AZƏRTAC Bakı Beynəlxalq Təhsil Kompleksinin (BBTK) direktoru,Əməkdar müəllim Sevda Quliyeva, məktəbin ingilis dili müəllimi, doktor Manto, eləcə də bir qrup şagirdi Elm və Təhsil Nazirliyinin İnformasiya…
Bakı, 5 noyabr, AZƏRTAC Azərbaycanın İsraildəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan ziyafət təşkil edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə İsraildə yaşayan Azərbaycan diasporunun…
Bakı, 5 noyabr, AZƏRTAC Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. AZƏRTAC xəbər verir ki, həyata keçirilmiş uğurlu…
Bakı, 5 noyabr, AZƏRTAC Pakistan və Azərbaycan həm liderlərimiz, həm də xalqlarımız arasında mövcud olan münasibətlər baxımından ən yaxın diplomatik əlaqələrə malik ölkələr sırasındadır. Pakistan bütün beynəlxalq…
Tofiq Zülfüqarov
Layihə
Dəyişiklik
Qanun layihəsi
Sabiq futbolçu
Baş nazir
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.Sənəd 2027-ci…
Sammitdə BMTə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla…
Xurma alarkən onun şirin və yetişmiş olmasını müəyyənləşdirmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək lazımdır. Meyvənin görünüşü, rəngi və yumşaqlığı düzgün seçim etməyə kömək edə bilər. BB.LV saytına istinadla, ilk…
Ermənistanın baş naziri Nikol Paşinyan COP31 beynəlxalq iqlim sammitində iştirak etmək üçün Antalyaya səfər etməyi planlaşdırır. Sammit noyabrın 9-dan 20-dək keçiriləcək. Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə…
"2027-ci ildə orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır. Amma regionlarda yaşayan insanların əksəriyyəti bu 640 manatlıq orta pensiyanı almır, onlar median pensiya alır. Ona görə də istərdim ki, bu…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Oxu.az-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram…
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən…
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan “AİD Group” xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-nın məlumata görə, o, ev…
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan xalqının üçrəngli bayrağına münasibətini, dövlət rəmzimizin milli şüurdakı yerini və…
İşçinin minimum 21 təqvim günü olan əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur. Bu müddəa Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, əmək…
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Bu barədə Modern.az-a idarədən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron…
Uşağa qulluğa görə müavinət təyin edilməsi üçün azı 6 ay sosial sığorta stajının olması təklif edilir. Bu tələb “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda bu müavinətin təyin…
Azərbaycanda bəzi iş yerlərində saatlıq əməkhaqqı sisteminin tətbiqi və hər iş saatına görə ödənişin minimum məbləğinin müəyyən edilməsi təklif olunur. Bu dəyişikliklər Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun…
Qətər sahillərində neft tankerinə hücum edilib. Bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.