Qurban Bayramov vəfat etdi

Tanınmış filoloq, ədəbi tənqidçi Qurban Bayramov vəfat edib.

Bu barədə onun nəvəsi bildirib.

O, Qurban Bayramovun bu gün — 2 noyabr 2026-cı il tarixində, səhər saat 5 radələrində rəhmətə getdiyini qeyd edib.

Mərhum Qurban Bayramov Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ağsaqqallar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi idi.

O, məşhur yazıçı Bayram Bayramovun qardaşı oğlu idi.

Allah rəhmət eləsin.