"Ryanair" aviaşirkətinə məxsus iki təyyarə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra Romanın Fiumicino hava limanında təcili eniş edib.
"La Repubblica" qəzetinin məlumatına görə, aparılan yoxlamalar zamanı bomba aşkarlanmayıb.
Buna baxmayaraq, hava limanında bütün zəruri təhlükəsizlik tədbirləri görülüb və Lissabon və Dublindən gələn təyyarələr uzaq ərazidə yerləşdirilib. Nəşr qeyd edib ki, hər iki anonim məlumat bir saat ərzində daxil olub. İki hadisədən birində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə havaya qaldırılıb.
Qəzetin yazdığına görə, noyabrın 3-də London, Varşava və Sofiya da daxil olmaqla, digər Avropa hava limanlarında da oxşar hadisələr baş verib.