Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Qeyd edək ki, Sahib Rzayev indiyə qədər Ədliyyə Nazirliyin İstintaq İdarəsinin rəisi olub.