Azərbaycanda 15 yaşdan yuxarı qadınların orta boyu 163,7 santimetr, çəkisi 66,1 kiloqram olub.
Dövlət Statistika Komitəsinin ev təsərrüfatları tədqiqatına əsaslanan 2025-ci il məlumatlarında kişilərin orta boyu 171,6 santimetr, çəkisi isə 73,7 kiloqram göstərilib.
20-44 yaş qrupunda qadınların orta çəkisi 63,6, kişilərin orta çəkisi 73,8 kiloqram olub.