İsraildə keçirilən parlament seçkilərində səhər saat 10:00-a olan məlumata görə, 1,2 milyon seçici səs verib. Beləliklə, seçki məntəqələrinin açılmasından sonrakı üç saat ərzində səsvermə hüququ olan seçicilərin 16,7 faizi seçkilərdə iştirak edib.
Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Qeyd olunur ki, həmin saata olan seçici fəallığı 1981-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
2022-ci ildə səsvermənin başlanmasından sonrakı ilk üç saat ərzində seçicilərin 15,9 faizi səs vermişdi.
İsrail Müdafiə Ordusu da hərbçilər arasında seçici fəallığı ilə bağlı məlumat yayıb. Bildirilib ki, səhər saat 10:00-a olan məlumata görə, hərbçilərin 30 faizi səsvermədə iştirak edib. 2022-ci il seçkilərində bu göstərici 25,7 faiz təşkil etmişdi.
Xatırladaq ki, bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsraildə keçirilən ilk parlament seçkiləridir.