Stubb Putindən sonra Zelenskiyə zəng vurub

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər.

“Novyny.LIVE” yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib.

Danışıqlarda hansı müzakirələrin aparıldığı açıqlanmır.

Bundan əvvəl Stubb və Qar Störe Putinlə telefon danışığı aparıblar. Avropa liderlərinin zəng etməkdə məqsədi Kiyevin müəyyən mesajını Rusiya Prezidentinə çatdırmaq olub. Mesaj noyabrın əvvəlində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna formatında keçirilməsi planlaşdırılan sülh danışıqları ilə bağlıdır.