Kredit sığortası yığımları cüzi artıb, ödənişlər azalıb.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kredit sığortası növü üzrə 4 milyon 24 min manat sığorta haqqı toplanıb.
Ötən ilin müvafiq dövründə bu göstərici 4 milyon 19 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə yığımlar 5 min manat və ya 0.1% artıb.
Hesabat dövründə sığorta ödənişlərində isə geriləmə qeydə alınıb. Belə ki, kredit sığortası üzrə ödənişlərin həcmi 2025-ci ilin 9 ayındakı 50 min manatdan 2026-cı ilin eyni dövründə 39 min manata enib. Nəticədə ötən illə müqayisədə ödənişlər 11 min manat və ya 22% azalıb