Sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi

2026-cı ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişini “Paşa Həyat Sığorta” ASC aparıb.

Mərkəzi Banka istinadən, şirkət hesabat dövründə 548 milyon 526 min manat ödəniş edib.

Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC (130 milyon 899 min manat), “Atəşgah Həyat Sığorta" ASC (87 milyon 753 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Atəşgah Sığorta" ASC (31 milyon 995 min manat) “Qala Sığorta” ASC (17 milyon 999 min manat) izləyib.

Qeyd edək ki, cari ilin ilk 9 ayında sığorta şirkətləri ümumilikdə 882 milyon 723 min manat sığorta ödənişi ediblər. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 29,1% artım qeydə alınıb.