Məşhur türk müğənnisi azərbaycanlı xanımla nişanlandı

Türkiyəli müğənni Rafet El Roman özündən 26 yaş kiçik azərbaycanlı tibb bacısı Rahime Hacıyeva ilə nişanlandığını açıqlayıb.

58 yaşlı sənətçi üç ay əvvəl nişanlandıqlarını və yaxın vaxtlarda evlənməyi planlaşdırdıqlarını bildirib.

Şəxsi həyatı ilə tez-tez gündəmə gələn müğənni evlilik müqaviləsi bağlamaq niyyətində olmadığını da deyib.

“Razılığa gəldik, yaxın vaxtlarda toyumuz olacaq. Evlilik müqaviləsi bağlamayacağam. Azərbaycanın şahzadəsi Türkiyəyə gəlir.

Əmlakımı artıq bölüşdürmüşəm, övladlarım milyonçudur. Mən ölməmişdən əvvəl bu işləri həll etmişik. Ölümdən sonra yaranan xaos mühitini bilirəm. Ona görə də hər şeyi əvvəlcədən yoluna qoymuşam”, – deyə Rafet El Roman bildirib.