Bakıda model Raziyyat (Razi) Əliyevaya qarşı xəsarət yetirməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə iclası baş tutub.
Bakı Ağir Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ziya Hüseynzadə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Z.Hüseynzadə 2023-cü il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törədib. Razi Əliyeva ilə Ziya Hüseynzadənin bir müddət sevgi münasibətlərində olduğu məlumdur.