Bakıda nisbətən ucuz mənzillər əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunun bəzi kənar ərazilərində təklif olunur. Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu ərazilərdə infrastrukturun nisbətən zəif inkişaf etməsi və kirayə bazarının aşağı gəlirliliyi mənzil qiymətlərinə təsir göstərir. Suraxanı, Nizami və Binəqədi rayonlarında isə qiymətlər ərazidən və infrastruktur səviyyəsindən asılı olaraq dəyişir.
Ekspert bildirir ki, paytaxtın mərkəzi rayonlarında iş yerlərinin, ticarət və xidmət obyektlərinin çoxluğu, eləcə də əhali sıxlığı mənzillərin bahalaşmasına səbəb olur. Səbail, Nəsimi, Nərimanov, Xətai və Yasamal rayonlarında daşınmaz əmlak qiymətləri digər ərazilərlə müqayisədə daha yüksəkdir.
Bununla yanaşı, mütəxəssislər bəzi ərazilərdə mənzillərin gələcəkdə dəyər qazanmaq potensialının olduğunu bildirirlər. Xüsusilə yeni layihələrin həyata keçirildiyi, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırıldığı və əhali sayının artdığı ərazilərdə mənzil qiymətlərinin yüksələcəyi gözlənilir.
Ətraflı "Xəzər TV"-nin videomaterialında: