2025-ci ilin yanvar-sentyabrında Azərbaycanda sığorta şirkətlərinin ödənişləri illik müqayisədə 29,1% artaraq 882,7 milyon manata çatıb.Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.
Hesabat dövründə sığorta haqları isə 7,9% artaraq 1 milyard 248,5 milyon manat olub.
Sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 70,7 manatı ödənişlərə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.
Hesabat dövründə ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən toplanmış sığorta haqları 1 milyard 248 milyon 485 min manat təşkil edib.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 882 milyon 723 min manata yüksəlib.