Türkiyə Yunanıstana xəbərdarlıq etdi

Yunanıstan Gümülcinə və İskeçədə (yunanca: Komotini və Ksanti - red.) qondarma müftilər təyin etməklə, Lozanna müqaviləsi və digər beynəlxalq sazişlərlə təminat altına alınmış Qərbi Trakya türk azlığının fundamental hüquq və azadlıqlarını saymazdan gəlməyə davam edir.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, müftilik institutu Qərbi Trakyadakı türk azlığının dini, sosial və mədəni kimliyinin ayrılmaz tərkib hissəsidir:

“Yunanıstan, ölkədə rəsmi olaraq tanınmış azlıq olan Qərbi Trakya türk azlığı tərəfindən seçilmiş müftiləri tanımaqdan imtina etməkdə israr edərək, azlığın iradəsini və din azadlığını nəzərə almır. Bununla da fundamental insan hüquqlarına dair təhrif olunmuş yanaşmasını bir daha nümayiş etdirir. Biz Yunanıstan hakimiyyətini azlıq tərəfindən seçilmiş legitim müftiləri tanımağa və təyinatla müftilər gətirmək cəhdlərinə son qoymağa çağırırıq