Türkiyədə ağır qəza 6 can aldı

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda avtomobilin suvarma kanalına aşması nəticəsində 6 nəfər həyatını itirib.

"TRT Haber"ə istinadən, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb edilib.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.