Ərdoğandan çağırış: Bu qurumda islahatlar aparılsın!

BMT-nin bəşəriyyətin ümumi maraqları naminə məsuliyyətlərinin tam yerinə yetirilməsinin açarı BMT Nizamnaməsinə daha ciddi riayət etmək və qlobal təşkilatın əsas orqanlarının effektivliyini artırmağa yönəlmiş islahatlara dəstək verməkdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə BMT Günü ilə əlaqədar yazıb.

Ərdoğan ədalətin təmin edilməsinə yönəlmiş daha əhatəli bir quruma çevrilmək, beynəlxalq ictimaiyyətin ümidlərini doğrultmaq üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması çağırışını təkrarlayıb.