Hörmüz boğazında iri neft tankeri partlayıb.
Report-a istinadən, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Yayımlanan ilkin məlumatlar Hörmüz boğazında partlayış səsinin eşidildiyini xəbər verir; xam neft daşıyan çox böyük bir tanker (VLCC) Hörmüz boğazından çıxarkən hücuma məruz qalıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, "Sentinel-2" peykinə aid olan görüntüdə orada bir gəminin idarəetmə strukturunun arxasında tünd rəng dəyişikliyi diqqət çəkib.