İordaniyada pravoslav kilsəsinə edilən terror hücumunda ölənlərin sayı 9 nəfərə çatdı

İordaniyanın Karak əyalətindəki pravoslav kilsəsinə silahlı hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin açıqlamasında deyilir: "Hammud rayonundakı Müqəddəs Georgi kilsəsinə edilən terror hücumunda ölənlərin sayı 9 nəfərə çatıb".

Səhiyyə naziri İbrahim əl-Bəddur daha əvvəl xəstəxanalarda daha 27 yaralının qaldığını bildirmişdi. O əlavə etmişdi ki, yaralılardan səkkizi Şahzadə Əli bin Hüseyn Hərbi Xəstəxanasına köçürülüb.

"Əl Mamlaka" televiziyasının məlumatına görə , İordaniya təhlükəsizlik xidmətləri hələlik kilsəyə hücum edən terrorçu dəstəsinin üzvlərini yaxalaya bilməyib. Cinayətkarların axtarışı davam edir. Amman və digər şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.