Bruno Fernandeş ziyana düşüb.
“Mançester Yunayted”in kapitanının İngiltərənin Çeşir qraflığında yerləşən evi qarət olunub.
“The Sun” qəzetinin məlumatına görə, maskalı üç nəfər futbolçunun evinə daxil olaraq zinət əşyalarını və digər bahalı əşyaları oğurlayıblar. Hadisə Bruno İtaliyada olduğu vaxt baş verib. O, həmin vaxt Çempionlar Liqasının “Komo” ilə matçında (1:4) iştirak edib.
Nəşrin yazdığına görə, şübhəli şəxsləri görən qonşu polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları çağırışdan 10 dəqiqə sonra hadisə yerinə çatsalar da, qarətçilər artıq ərazidən uzaqlaşmağa nail olublar. Deyilənə görə, Bruno ilə həyat yoldaşı Ana hadisə səbəbindən ciddi sarsıntı keçiriblər.