Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən 11 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində binanın ikinci mərtəbəsindəki mənzilin mətbəxində alovlanan yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.