Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb.

Bu barədə Fransa mediası xəbər verir.

Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasına səbəb olan 39 yaşlı şəxsin həbs müddəti uzadılıb. Şübhəli barəsində toksikoloji ekspertizalar aparılır.