Goranboyda “Changan” piyadanı vuraraq ÖLDÜRDÜ

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Changan" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən piyada 1972-ci il təvəllüdlü E. Yusifovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır (APA).