Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB/FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə təkbətək görüşü keçirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Hazırda keçirilən görüşdə ikitərəfli gündəlik, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılır.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qarşılayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.