Məşhur türkiyəli müğənni vəfat etdi

Türkiyəli müğənni Nev kimi tanınan Nevzat Doğansoy müalicə aldığı xəstəxanada 57 yaşında vəfat edib.

2000-ci illərin əvvəllərində "Zor", "Sen Gibi", "Sükut-u Hayal" və "Mühürlü Kaderim" mahnıları ilə məşhurlaşan sənətçi reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Müğənninin çoxsaylı orqan çatışmazlığı səbəbindən süni tənəffüs aparatına qoşulduğu bildirilmişdi. İstanbulun Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan sənətçinin vəfat etdiyini meneceri İlker Ercan açıqlayıb.

Qeyd edək ki, Nev 2023-cü ildə "Aslı Şafak'la İşin Aslı" proqramının qonağı olub.