Həftənin son iş günündə də yollarda tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.