Naibə Allahverdiyeva gecə xəstəxanaya yerləşdirilib

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib.

Axşam.az-a istinadən, gecə saatlarında aktrisaya təcili tibbi yardım çağırılıb. Ona hipertonik kriz diaqnozu qoyulub.

N.Allahverdiyeva xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarətindədir.