Gəncədə iki məhkum arasında mübahisə QANLA BİTDİ

Gəncədə əvvəllər məhkumluq həyatı yaşamış 33 yaşlı kişi bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib.

1993-cü il təvəllüdlü Rəşad Məmmədov kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyata götürülüb, hazırda müalicəsi davam etdirilir. İlkin versiyaya görə, Məmmədova 1996-cı il təvəllüdlü Ayxan Cəfərov xəsarət yetirdiyi ehtimal olunur. O da daha əvvəl cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu