Azərbaycan dövlət zəmanətlərinin yuxarı həddini 2 dəfə artırır

2027-ci ildə Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2,5 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) isə 6 milyard manat olacaq.

Bu barədə “2027-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verilir.

Məlumata görə, bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 20 % çox və eynidir.

Gələn il veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) isə 2 dəfə artırılaraq 6 milyard manat məbləğində təsdiq edilib.