Nazirlik Abşerondakı yaşayış kompleksində 606 mənzili 3 milyon manata təmir etdirəcək

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksində 606 mənzilin cari təmiri üçün satınalma həyata keçirib. Satınalma 52 binada yerləşən mənzillərin cari təmir işlərini əhatə edir. İşlərin icrası “TD İnşaat” MMC-yə həvalə olunub. Müqavilənin dəyəri 2 882 629,12 manat təşkil edir.