Moderna səhmləri cümə axşamı, oktyabrın 22-də xərçəng vaksini üzrə araşdırmaya dair ehtimal olunan məlumatların üçüncü tərəf tərəfindən sızdırılmasından sonra kəskin ucuzlaşıb. Rəsmi təqdimatın oktyabrın 24-də Avropa Klinik Onkologiya Cəmiyyətinin (ESMO) konqresində keçirilməsi planlaşdırılır.
Moderna və onun tərəfdaşı Merck intismeran autogene (INT) vaksininin Merck-in əsas xərçəng dərmanı Keytruda ilə kombinasiyasını sınaqdan keçiriblər.
Şirkətlər avqustda araşdırmanın əsas məqsədinə çatdığını bildirmişdilər. Bu xəbər hər iki şirkətin səhmlərinin bahalaşmasına səbəb olmuşdu, lakin faktiki nəticələr ictimaiyyətə açıqlanmamışdı.
Sızdırıldığı iddia edilən məlumatlara əsasən, vaksinin nəticələri qarışıq olub.
Məlumatların yayılmasından sonra Moderna səhmləri 24%-dən çox ucuzlaşaraq 186,75 dollara enib. Merck səhmləri isə 2%-dən çox geriləyərək 146,06 dollara düşüb.
Merck nümayəndələri məlumat sızması və nəticələrlə bağlı şərh sorğusuna dərhal cavab verməyiblər.