Tovuz sakini silahdan açılan atəş nəticəsində ölüb

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Silahdan açılmış atəş nəticəsindən ölən 1970-ci il təvəllüdlü Elman Hüseynovun meyiti yaşadığı evdə aşkarlarıb.

Mərhumun cansız bədənini ilk olaraq yaxınları tapıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb./teleqraf