Sədərəyə güclü dolu yağdı

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağıb. Dolu yağışı nəticəsində ərazidəki torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı görünüş məsafəsi də azalıb. Dolu yağışının hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur.