"Mançester Yunayted" Yulian Naqelsmannı baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir

İngiltərənin "Mançester Yunayted" klubu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannı komandanın baş məşqçi postuna namizədlərdən biri kimi nəzərdən keçirir.

"talkSPORT" portalına istinadən, mankunianların rəhbərliyi İngiltərə Premyer Liqasının VIII turunun "Bornmut"la matçınadək Maykl Kerriki istefaya göndərməyi planlaşdırmır.

Yulian Naqelsmann ilə yanaşı, "Mançester Yunayted"in siyahısına "Brayton"un baş məşqçisi Fabian Hürtseler və hazırda işsiz olan Antonio Konte də daxildir. Kontenin İngiltərə klubuna rəhbərlik etməyə hazır olduğu, lakin Premyer Liqa təmsilçisinin rəhbərliyi tərəfindən hələlik ona maraq göstərilmədiyi bildirilib.

Qeyd edək ki, "Mançester Yunayted" oktyabrın 21-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda "Komo"ya uduzub (1:4) və qələbəsiz seriyanı 7 oyuna çatdırıb. Mançester təmsilçisi Premyer Liqada keçirdiyi 7 turdan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.