Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıblar.
Lent.az-a istinadla, hadisə şəhərin Fətəlixan küçəsində baş verib.
26 yaşlı qazi Quba şəhəri ərazisində avtomobili nömrəsiz idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Lakin bu zaman sürücü, eləcə də avtomobildə olan 34, 28 və 30 yaşlı qazilər qanuni tələbə məhəl qoymayıblar. Nəticədə onların hər biri saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.
Onların sözlərinə görə, qazi yoldaşları Qubada avtomobil qəzası keçirib komaya düşdüyü üçün bu rayona gəliblər.
Məhkəmə onların hər biri barəsində 30 gün müddətinə inzibati qaydada həbs qərarı verib