Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib

Mənim mövqeyim dəyişməyib. Zaman hər şeyi göstərəcək.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 22 oktyabrda hökumət iclasından sonra ənənəvi brifinqində AİB üzv dövlətlərinin nümayəndələrinin son bəyanatını şərh edərkən bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti əsasən ölkənin davamlı, sabit inkişafına, müstəqilliyinin və suverenliyinin qorunmasına diqqət yetirir.

Paşinyan bildirib ki, “Biz bu yolu və münasibətlərimizi şaxələndirmək yolunu tutacağıq”.

Xüsusilə, o, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı qanunu xatırladıb. Baş nazirin sözlərinə görə, bu, hökumətin vətəndaş cəmiyyətinin qanunvericilik təşəbbüsünü dəstəklədiyi azsaylı hallardan biridir.

Nazirlər Kabinetinin rəhbəri həmçinin hökumətin ölkədə demokratiyanı müdafiə etmək əzminə və hazırlığına da diqqət çəkib.