Qarabağ Universitetinin Tibb, Turizm, Pedaqoji və Təbiət elmləri fakültələrinin infrastrukturunun gücləndirilməsi və maddi-texniki bazasının artırılması məqsədilə mebel və avadanlıqların satın alınması planlaşdırılır.
Bu məqsədlə iki satınalma müsabiqəsi elan edilib.
Birinci müsabiqə Tibb və Turizm (Şuşa şəhər kolleci) fakültələrini əhatə edir. Satınalmanın ehtimal olunan qiyməti 15 822 281,86 manatdır.
İkinci müsabiqə isə Tibb, Pedaqoji və Təbiət elmləri fakültələri üçün nəzərdə tutulub. Bu satınalmanın ehtimal olunan qiyməti 9 835 716,80 manat təşkil edir.
Beləliklə, hər iki satınalma üzrə ümumi ehtimal olunan qiymət 25 657 998,66 manat təşkil edir.
Satınalmaların təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə həvalə olunub.