Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç həyata keçirilib.
Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.
Köç prosesi çərçivəsində Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər) köçürülüb.
Bununla yanaşı, Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) yerləşdirilib.
Beləliklə, bu mərhələdə ümumilikdə 44 ailənin 176 üzvünün doğma yurdlarına qayıdışı təmin olunub.