Bu barədə qoruğun bələdçisi Gülnaz Rəsulova məlumat verib.
Onun sözlərinə görə, biletli ziyarətçilərin 21 615i yerli, 18 663ü isə xarici turist olub. Bu, ümumi sayın müvafiq olaraq 53,66 və 46,34 faizini təşkil edib. Hesabat dövründə daha 9 066 nəfər məbədi ödənişsiz ziyarət edib.
G.Rəsulova bildirib ki, bu il qoruğa Hindistan, Cənubi Koreya, Çin və İsraildən çoxlu turist gəlib. Yay aylarında Almaniya və ABŞdan olan turist qrupları da məbədi ziyarət edib. Bundan əlavə, Türkiyədən təşkil olunmuş turist qrupları da qoruqda olub.
O qeyd edib ki, qoruq Şəkinin iqtisadi inkişafına da töhfə verir. Tarixi abidə ilə tanış olmaq üçün bölgəyə gələn turistlər yerli mağazaların, restoranların və qonaq evlərinin xidmətlərindən istifadə edir, həmçinin sakinlərin yetişdirdiyi kənd təsərrüfatı məhsulları alırlar.
Qeyd edək ki, Kiş Alban məbədi Azərbaycanın qədim tarixini və memarlıq irsini əks etdirən abidələrdəndir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid maddimədəniyyət nümunələri, arxeoloji, məişətetnoqrafik və heykəltəraşlıq nümunələri, o cümlədən şüşədən hazırlanmış bəzək əşyaları və sikkələr aşkar edilib.
Bu sikkələr yalnız pul dövriyyəsinin deyil, həm də dövrün siyasi və mədəni həyatının öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Onların üzərində heyvan və quş təsvirləri, astral işarələr, eləcə də hökmdarlıq atributları əks olunub.
Dövlət Turizm Agentliyinin tabeliyindəki Kiş TarixiMemarlıq Qoruq Muzeyində nümayiş etdirilən eksponatların bir qismi məbədin ərazisindən aşkarlanıb, digər hissəsi isə alban tarixi və mədəniyyətini əks etdirən, Azərbaycanın başqa bölgələrindən tapılmış nümunələrdən ibarətdir.
Kiş kəndində, həmçinin ölkə əhəmiyyətli GələrsənGörərsən qalası, qədim məscid, arxeoloji abidə olan Doxun nekropolu, eləcə də yerli əhəmiyyətli Qaynar və Sığnaq yaşayış yerləri yerləşir.
S. Həsənova