Kupyansk istiqamətində həyata keçirilən “Veles” əməliyyatı zamanı Ukrayna ordusunun “Xartiya” korpusunun hərbçiləri Rusiya qoşunlarının arxa cəbhəsinə sızmaq üçün yeraltı yollarla 15 km-dən çox məsafə qət ediblər.
Bu barədə korpus məlumat yayıb.
“Ukraynalı hərbçilər yeraltı kommunikasiyalar vasitəsilə irəliləyiblər, eyni anda digər bölmələr isə yerüstü əməliyyata başlayıblar. Onlara PUA-lar və “Axilles” briqadasının bölmələri yardım ediblər. Əməliyyat ruslara Kupyanska soxulmağa mane oldu. Rusiya ordusunun 30 hərbçisi əməliyyat nəticəsində əsir götürüldü. Düşmənin itkiləri 100 nəfərdən çox olub”, - məlumatda qeyd edilib.