“Bakı Metropoliteni” QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib.
O bu təyinata qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyəti sədrinin müavini olub.